Ukrayna üçün 90 milyardlıq kredit təsdiqləndi

ukrayna-ucun-90-milyardliq-kredit-tesdiqlendi
Oxunma sayı: 687

Avropa İttifaqı (Aİ) səfirləri Macarıstan və Slovakiyanın vetosunu götürməsindən sonra Kiyevə 90 milyard avro krediti və Rusiyaya qarşı 20-ci sanksiya paketini təsdiqləyib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Aİ Şurasına sədrlik edən Kiprin nümayəndəsi Brüsseldə jurnalistlərə açıqlayıb.

“Səfirlər Kiyev üçün 90 milyard avro kredit və Rusiyaya qarşı 20-ci sanksiya paketini təsdiqlədi”, - açıqlamada deyilir.

Qeyd edək ki, daha əvvəl Rusiya neftinin Ukrayna ərazisindən “Drujba” neft kəməri ilə Macarıstan və Slovakiyaya tranzitinin başlaması barədə xəbər yayılıb. Hər iki ölkənin vetonu geri götürməsi üçün əsas şərti “Drujba” kəməri ilə Macarıstana neft tədarükünün bərpa olunması idi.