“Vaqner” özəl hərbi şirkətinin üzvləri Ermənistana gəlib”.
“Qafqazinfo” Ermənistan mediasına istinadən xəbər verir ki, bunu “Milli demokratik qütb” hərəkatının nümayəndəsi və hərbi aktivist Jirayr Sefilyan deyib.
Onun sözlərinə görə, bu, dəqiq məlumatdır: “Vaqner” üzvlərinin Ermənistana gəldiyi barədə məlumat var. Biz, hətta onların harada yerləşdiyi və onlara rəhbərlik edən şəxsin 3 gün əvvəl “Ani” hotelində kim ilə görüşdüyünü bilirik”.