“Xalq heç vaxt ərzaqla sınağa çəkilməməlidir”

xalq-hec-vaxt-erzaqla-sinaga-cekilmemelidir
Oxunma sayı: 1330

“Xalq heç vaxt ərzaq təminatı ilə sınağa çəkilməməlidir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Aqrar siyasət komitəsinin təşkil etdiyi ictimai dinləmədə bildirib.

“Ölkəmizdə məşğul əhalinin təxminən 40 faizi kənd təsərrüfatının, aqrar sektorun payına düşür. Bu baxımdan kənd təsərrüfatı bizim üçün vacib sahədir. Kənd təsərrüfatı ərzaq təhlükəsizliyini təmin edir. Nə olursa-olsun, xalq heç vaxt ərzaq təminatı ilə sınağa çəkilməməlidir. Bu illər ərzində ölkəmiz heç bir vaxt ərzaq təhlükəsizliyi riski ilə üzləşməyib”, - deyə komitə sədri qeyd edib.

Nuranə Daxilqızı