Xanımını lağa qoyan aparıcını şillələdi - Video

xanimini-laga-qoyan-aparicini-silleledi
Oxunma sayı: 6188

Xəbər verdiyimiz kimi, Los-Ancelesdə 94-cü “Oskar” kino mükafatının təqdimetmə mərasimi baş tutub.

“Qafqazinfo” xəbər verir ki, canlı yayımlanan tədbirdə gərgin anlar yaşanıb.

Buna səbəb aparıcı Kris Rokun aktyor Uill Smitin alopesiyadan (keçəlləşmə) əziyyət çəkən həyat yoldaşı Cada Pikett-Smiti “Əsgər Ceyn” adlandırması olub.

Bunu eşidən U. Smit tamaşaçı zalından səhnəyə qalxıb və aparıcıya şillə vurub. Həmin an səs itib, lakin kameralar baş verənləri lentə alıb. K. Rok baş verənləri zarafata çevirməyə çalışıb.

Xəbəri rus dilində oxuyun: Супруга Полада Гашимова получила должность

 Стало известно место захоронения Аяза Муталибова

Bir qədər sonra “Ən yaxşı kişi rolu” mükafatını almaq üçün səhnəyə çıxan U. Smit öz hərəkətinə görə üzr istəyib və qeyd edib ki, həyatda ailəni müdafiə etmək vacibdir.

Həmin görüntüləri təqdim edirik: