“Yemək, mədəni desək, fəlakətdir” - Paris 2024-ün bitməyən rəzaləti

yemek-medeni-desek-felaketdir
Oxunma sayı: 7266

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında iştirak edən idmançıların narazılıqları davam edir. Bu dəfə Almaniya otüstü xokkey komandası verilən qidaların keyfiyyətindən və kəmiyyətindən narazıdır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə DPA agentliyi yazır.

“Yemək, mədəni desək, fəlakətdir. İnanılmaz dərəcədə uzun müddət növbə gözləyirsiniz, inanılmaz dərəcədə az sayda yemək məntəqəsi var. Yeməklərin keyfiyyəti isə o qədər də yaxşı deyil”, - deyə almaniyalı oyunçu Kristofer Ruhr bildirib.

Xatırladaq ki, daha əvvəl də Paris 2024-də iştirak edən idmançılar Olimpiya kəndində qida çatışmazlığından, nəqliyyat və yataqlardan şikayətləniblər.