Türkiyənin məşhur serialı “Kızılcık şerbeti”ndə Doğukan Güngörün həyat verdiyi Fatih obrazını canlandıracaq şəxs bəlli olub.
“Qafqazinfo”nun Türkiyə mediasına istinadən məlumatına görə, bu rolu aktyor Emre Dinler oynayacaq.
Qeyd edək ki, 30 yaşlı E.Dinler “Zembilli”, “Kuruluş Osman”, “Al sancak”, “Sol yanım”, “Yasak elma” kimi layihələrdə yer alıb.
Xatırladaq ki, D.Güngörün serialdan kənarlaşdırılmasına səbəb narkotik əməliyyatı çərçivəsində saxlanılan aktyorun analizlərinin müsbət çıxmasıdır.




Son xəbərlər
Son Xəbərlər