“Yeraltı”dan nə qədər qazanırlar? - “Bozo” ikincidir

yeraltidan-ne-qeder-qazanirlar
Oxunma sayı: 2327

Yayımlandığı ilk bölümdən etibarən reytinqləri alt-üst edən Türkiyə istehsalı “Yeraltı” serialının aktyorlarının qazancı açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanda da maraqla izlənilən serialda bölüm başına ən yüksək qonorar alan aktyor Deniz Can Aktaş olub. O, serialda “Ali Heydar Aslan” obrazını canlandırır və hər bölüm üçün Azərbaycan pulu ilə 46 min manat qazanır.

Serialın ən məşhur obrazlarından biri olan “Bozo”nu canlandıran Uraz Kaygılaroğlu da yüksək gəlir əldə edənlər sırasındadır – o, hər bölümə görə 38 min manat qazanır. Eyni məbləği baş rollardan birini ifa edən Devrim Özkan (Ceylan) da alır.

“Yeraltı”nın digər aktyorları- Mehmet Yılmaz Ak (Yılmaz Doğan) 30 min manat, Sümeyye Aydoğan (Sultan) və Burak Sevinç (Merdan) 27 min manat, Koray Şahinbaş (Efraim) 19 min manat, Hakan Çelebi (Paşa) isə hər bölüm başına 8 min manat qazanır.

Qeyd edək ki, serialın ssenari müəllifi Raci Şaşmazdır. O, daha əvvəl məşhur “Kurtlar Vadisi” layihəsi ilə tanınıb və həmin serialın “Polad Alemdar” obrazını canlandıran Necati Şaşmazın qardaşıdır.