Türkiyənin “NOW” TV kanalında yayımlanan “Yeraltı” serialı ilk bölümü ilə böyük maraq doğurub.
“Qafqazinfo” xəbər verir ki, Deniz Can Aktaş, Devrim Özkan, Uraz Kaygılaroğlu və Burak Sevinç kimi tanınmış aktyorların yer aldığı serial reytinqlərdə ikinci pillədə qərarlaşıb.
“Yeraltı”nın eyni gündə əsas rəqibi məşhur “Eşref Rüya” serialıdır. Çağatay Ulusoy və Demet Özdemirin baş rollarını canlandırdığı serial adətən yayımlandığı günlərdə reytinq birincisi olsa da, bu dəfə “Qalatasaray” - “Mançester Siti” oyunu ilə eyni vaxtda yayımlanması səbəbindən ikinci yerə düşüb.
Rəqibin güclü olmasına baxmayaraq, “Yeraltı” yaxın vaxtlarda reytinq zirvəsinə yüksəlməkdə iddialıdır. İlk bölümün izləyicilər tərəfindən maraqla qarşılanması və yutubda 5 milyon baxış toplaması da layihənin çərşənbə axşamlarının favorisi ola biləcəyini göstərir.
Sözügedən hər iki serial mafiyaların mübarizəsi üzərində qurulub.
Raci Şaşmaz və Berna Aruzun yazdığı serial Haydar Alinin uşaqlıq illərindən qaynaqlanan intiqam hekayəsindən bəhs edir.
Qeyd edək ki, serialın ssenari müəllifi Raci Şaşmaz məşhur “Kurtlar vadisi” serialında Polad Alemdar obrazını canlandıran Necati Şaşmazın qardaşıdır.




Son xəbərlər
Son Xəbərlər