Zaqatalada daha bir yeni doğulan körpə ölüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə ötən gecə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində baş verib.
Rayonun Yuxarı Tala kənd sakini Pərvana Şahid qızı İsgəndərova 04.11.2024-cü il tarixində qeysəriyə yolu ilə körpə dünyaya gətirib. Ötən gecə yeni doğulan cinsi oğlan olan körpə Zaqatala RMX-nın doğum şöbəsində dünyasını dəyişib.
Xatırladaq ki, bu, bir həftə ərzində rayonda ikinci yeni doğulan körpə ölümüdür. Noyabrın 1-də Zaqatala Rayon Mərkəzi Xəstəxanasında körpə ölümü qeydə alınmışdı. Yengiyan kənd sakini 2000-ci il təvəllüdlü şəxsin doğuşu baş tutsa da, 3500 qr çəkidə ölü döl doğulub.
***
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, oktyabrın 26-da Zaqatala rayon sakini, 1983-cü il təvəllüdlü şəxs “37-38 həftəlik hamiləlik, yalançı doğuș sancıları” diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Ginekologiya və doğum şöbəsində stasionar müalicəyə cəlb edilib: “Noyabrın 4-ü saat 12:50-də pasiyentə “38-39 həftəlik hamiləlik, baş gəliși, fəsadlașmıș analıq anamnezi, yaşlı ilk doğan qadın, döl bașının yüksəkdə duruşu” diaqnozu ilə cərrahi doğuş icra edilib. Doğuş fəsadsız keçib, çəkisi 3100 qr, cinsi oğlan olan yenidoğulmuș doğulub. 2-3 saat sonra körpənin vəziyyəti pisləșib, müayinələr olunub, yenidoğulmuşda “yaşama qabiliyyətinə uyğun olmayan müştərək ürək qüsuru” aşkar edilib. Körpənin vəziyyəti təxliyə üçün uyğun olmadığından müalicəsinin Zaqatala RMX-da davam etdirilməsinə qərar verilib. Gəncə Perinatal Mərkəzdən süni tənəffüs aparatı gətirilib, Șəki Perinatal Mərkəzin neonotoloqu tərəfindən körpə süni tənəffüs aparatına qoșulub və ağciyərin süni ventilyasiyası təmin edilib. Bütün göstərilən müdaxilələrə baxmayaraq, 07.11.2024-cü il tarixində saat 00:30 radələrində yenidoğulmușda ölüm faktı qeydə alınıb”.
Mübariz Muradov