Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Böyük Britaniya, İsveç, Fransa, Almaniya və Niderlandın Aleksey Navalnının Cənubi Amerikada zəhərli qurbağalarda tapılan ölümcül toksinlə zəhərlənərək həbsxanada öldüyü iddiasına münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, Zaxarova 2024-cü ilin fevral ayında həbsxanada vəfat edən Navalnı ilə bağlı Qərb ölkələrinin birgə bəyanatını uydurma adlandırıb.
“Bütün bəyanatlar və müzakirələr Qərbin diqqətini özünün həyati problemlərindən yayındırmağa yönəlmiş uydurmalardır. Onlardan Navalnının test nəticələrini rəsmi olaraq açıqlamaları istənildikdə, Sergey Skripal haqqında sensasion hekayələr uydurdular. Eyni şey Skripal və qızının harada olduğu soruşulduqda da keçərlidir”, - deyə o əlavə edib.
Son xəbərlər
Son Xəbərlər