“Zelenski ilə Zalujnı arasında münasibətlər pisləşib” - KİV

zelenski-ile-zalujni-arasinda-munasibetler-pislesib
Oxunma sayı: 613

Ukrayna Prezidenti Volodimir Zelenski ilə ölkənin Böyük Britaniyadakı səfiri, ordunun sabiq baş komandanı Valeriy Zalujnı arasında münasibətlər, güman ki, pisləşib

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Strana.ua” nəşri yazıb. 

Nəşr Zalujnının Ukrayna prezidentinin Böyük Britaniyanın yeni müdafiə naziri Ues Stritinq ilə görüşünə dəvət olunmamasını bununla əlaqəli ola biləcəyini qeyd edib. 

Bunu şərh edən Zelenskinin müşaviri Dmitri Litvin isə belə görüşlərdə iştirakın “təşəbbüs məsələsi” olduğunu və Zalujnının özünün bu görüşdə iştirak etmək istəmədiyini bildirib. Lakin yerli jurnalistlər ordunun sabiq baş komandanının görüş barədə artıq o başa çatdıqdan sonra xəbər tutduğunu iddia edirlər. 

Bundan başqa, Ukraynanın xarici ölkələrdəki səfirlərinin illik müşavirəsi zamanı çəkilmiş ümumi fotoda Zalujnıya son sırada yer ayrılmasının da münasibətlərin soyuqlaşmasından xəbər verdiyi güman edilir. 

Qeyd edək ki, iyulun əvvəllərində Ukrayna mətbuatında Valeriy Zalujnının növbəti prezident seçkilərində namizədliyini irəli sürmək niyyəti barədə Volodimir Zelenskini məlumatlandırdığı barədə xəbər yayılmışdı.