“Rusiyada sosial şəbəkələrdə yayılan döyüş əməliyyatlarının dayandırılması ilə bağlı iddialara baxmayaraq, Ukraynaya bu barədə heç bir rəsmi müraciət daxil olmayıb”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram hesabında məlumat yayıb.
O bildirib ki, insan həyatı hər hansı ildönümünün qeyd olunmasından daha qiymətlidir:
“Buna görə də, Ukrayna mayın 5-dən 6-na keçən gecə 00:00-dan atəşkəs elan edir”.
Zelenskinin sözlərinə görə, həmin vaxta qədər atəşkəsin təmin olunması realdır və Ukrayna bu məsələdə qarşı tərəfə “güzgü prinsipi” ilə cavab verəcək:
“Əgər Rusiya Müdafiə Nazirliyi Moskva paradını Ukraynanın razılığı olmadan keçirə bilməyəcəyini düşünürsə, bu halda Rusiya rəhbərliyi müharibəni bitirmək üçün real addımlar atmalıdır”.
Son xəbərlər
Son Xəbərlər