2011-ci ildə neçə əsgərimizi itirmişik? - Siyahı

2011-ci-ilde-nece-esgerimizi-itirmisik-siyahi
Oxunma sayı: 2399

4 yanvar. 19 yaşlı əsgər Tural İbrahimov Müdafiə Nazirliyinin (MN) hospitalında dünyasını dəyişib. Səbəbləri dəqiq deyil.
4 yanvar. Dövlət Sərhəd Xidmətinin (DSX) Astaradakı zastavasında 19 yaşlı əsgər Niyaz İsrafilov avtomat silahdan atəş açaraq əsgər yoldaşı, 19 yaşlı İdris İsmayılovu qətlə yetirib. DSX-nin məlumatına görə, hadisə silahla ehtiyatsız davranma nəticəsində baş verib.
10 yanvar. MN-in Qazax rayonunda yerləşən N saylı hərbi hissəsinin əsgəri, 1992-ci il təvəllüdlü Səfərov Nurlan Telman oğlu intihar edib.
15 yanvar. Naxçıvanda əsgərlər - 1991-ci il təvəllüdlü Bayramov Elşad İsmayıl oğlu və 1991-ci il təvəllüdlü Həmzəyev Təbriz Vəli oğlu qar uçqunu zamanı həlak olublar.
17 yanvar. Ermənistan silahlı bölmələrinin Tərtər rayonunun Çiləburt kəndi yaxınlığındakı mövqelərdən açdığı atəş nəticəsində 1990-cı il təvəllüdlü əsgər Azadəliyev Məmməd Rasim oğlu şəhid olub.
25 yanvar. Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzinin zabiti, leytenant Rafael Elxan oğlu Yusifli kirayədə yaşadığı evdə dəm qazından boğularaq ölüb.
25 yanvar. Daxili Qoşunların əsgəri, 18 yaşlı Əliyar Cəfərov vəfat edib. Onun xəstəlikdən dünyasını dəyişdiyi bildirilir.
25 yanvar. Ermənistan ordusunun Ağdamın Cəvahirli kəndi yaxınlığındakı mövqelərindən açılan atəş nəticəsində hərbi qulluqçu, 1985-ci il təvəllüdlü leytenant Zamin Allahverdi oğlu Məmmədov şəhid olub.
29 yanvar. Goranboydakı hərbi hissənin əsgəri, 1992-ci il təvəllüdlü Fərəcli Nuran Vahid oğlu dünyasını dəyişib. Səbəblər bəlli deyil.
3 fevral. MN-nin Naxçıvandakı hərbi hissəsində əsgər Qaybalı Əli oğlu Məhərrəmovun avtomat silahdan açdığı atəş nəticəsində onun əsgər yoldaşı Camal Etibar oğlu Abbasov dünyasını dəyişib. MN-in açıqlamasına görə, hadisə silahla ehtiyatsız davranış nəticəsində baş verib.
9 fevral. MN-in əsgəri Hüseynov Sarvan Vidadi oğlu Naxçıvandakı hərbi hissədə böyrək çatışmazlığından (MN-in versiyası) vəfat edib.
11 fevral. MN-in Təlim-Tədris Mərkəzinin şöbə rəisi polkovnik Aydın Allahverdiyev yaşadığı evdə dəm qazından boğularaq dünyasını dəyişib.
20 fevral. Müdafiə Nazirliyinin Goranboydakı hərbi hissələrinin birində baş verən silahlı insident zamanı 7 nəfər ölüb. Ölən hərbçilər 1991 və 1992-ci il təvəllüdlüdürlər: Quliyev Naib Fəxrəddin oğlu; Cavadzadə Cavid Vəkil oğlu; Suanverdiyev Nurlan Radfel oğlu; Xocberov Ramazan Abdulla oğlu; Kərimov Əfqan Yaşar oğlu; Hüseynov Əhməd Əhmədalı oğlu; Quliyev Zakir Etibar oğlu.
20 fevral. Ermənistan ordusunun Füzuli rayonunundakı mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini atəşə tutması nəticəsində 1990-cı il təvəllüdlü əsgər Hüseynov Tural Murad oğlu şəhid olub.
23 fevral. Tovuz rayonunda baş vermiş yol qəzasında əsgər, 1992-ci il təvəllüdlü Ramin Əlisəfa oğlu Cəbrayılov hadisə yerində keçinib.
9 mart. DSX-nin Göytəpə sərhəd dəstəsinin silah-sursat xidmətinin rəisi mayor Raqif Qəniyev özünə xidməti silahdan atəş açaraq intihar edib.
14 mart. 1990-cı il təvəllüdlü əsgər Pirverdiyev Müzəffər Rafiq oğlu Qazaxda yerləşən N saylı hərbi hissədə xəstəlikdən (pnevmoniya) vəfat edib.
15 mart. MN-in əsgəri, 1991-ci il təvəllüdlü Orxan İlham oğlu Məmmədov özünü asaraq intihar edib.
20 mart. MN-in Tərtər rayonu ərazisində yerləşən hərbi hissəsində ermənilərin atəşkəsi pozması nəticəsində 1991-ci il təvəllüdlü əsgər Məmmədov Elnur Mübariz oğlu şəhid olub.
23 mart. Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında erməni hərbçilərinin açdığı atəş nəticəsində 1986-cı il təvəllüdlü, müddətdən artıq xidmət edən hərbi qulluqçu Samir Hidayət oğlu Ağayev həlak olub.
26 mart. Bakı-Quba yolunun 28-ci kilometrliyində, Sumqayıt ərazisində yerləşən “Quba” kafesində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin giziri, 1984-cü il təvəllüdlü Azər Əsgərov “Makarov” markalı tabel silahı ilə Salyan rayon sakini, 1989-cu il təvəllüdlü Firuzə Əsədovaya bir dəfə atəş açaraq qətlə yetirib. Azər Əsgərov daha sonra tapançadan başına atəş açaraq özünə qəsd edib.
27 mart. Azərbaycan Silahlı Qüvvələrinin iki yüksək rütbəli zabiti – MN-in N saylı hərbi hissəsinin qərargah rəisi mayor Nəsimi Xankişiyev və rabitə bölüyünün rəis müavini mayor Tahir Məmmədov Şəmkir rayonu ərazisində avtomobil qəzasında həlak olublar.31 mart. Müdafiə Nazirliyinin Naftalanda yerləşən N saylı hərbi hissəsində əsgər, 1991-ci il təvəllüdlü Məmmədli Kamil Lətif oğlu vəfat edib (rəsmi səbəb yoxdur).
4 aprel. MN-in Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonundakı N saylı hərbi hissəsində 1991-ci il təvəllüdlü əsgər Ramil Boris oğlu Əliyev xidməti silahı ilə ehtiyatsız davranaraq əsgər yoldaşı Asif Samir oğlu Əliyevə atəş açıb. 1991-ci il təvəllüdlü Asif Əliyev başından aldığı güllə yarasından keçinib.
6 aprel. DSX-nin Şəmkir rayonunda yerləşən hərbi hissəsində kiçik çavuş Qəmbərli Muxtar Qurbanəli oğlu hərbi hissənin yataqxanasının 4-cü mərtəbəsindən yıxılıb. Hərbi hospitala çatdırılmasına və müvafiq tibbi yardım göstərilməsinə baxmayaraq Muxtar Qəmbərli keçinib.
19 aprel. Müdafiə Nazirliyinin Naxçıvanda yerləşən N saylı hərbi hissəsində 1992-ci il təvəllüdlü əsgər Orxan Nəriman oğlu Babayev xəstəlikdən vəfat edib.
21 aprel. Şəmkir Hərbi Birləşməsinin hərbi hissələrindən birində 1992-ci il təvəllüdlü Elçin Əli oğlu Kərimbəyli ürək tutmasından dünyasını dəyişib.
14 may. Şəmkir Hərbi Birləşməsinə məxsus hərbi hissələrdən birində müddətdən artıq xidmət edən hərbi qulluqçusu, 1987-ci il təvəllüdlü Seymur Sabir oğlu Qədirov ildırım vurması nəticəsində keçinib.
14 may. Naxçıvanda MN-in hərbçisi, 1987-ci il təvəllüdlü Osman Firdovsi oğlu Əliyev avtomobil qəzasına düşərək aldığı xəsarətlərdən həyatını itirib.
17 may. Müdafiə Nazirliyinin Gəncədəki N saylı hərbi hissəsində əsgər, 19 yaşlı Əkbər Cəbrayıl oğlu Dəmirov postda olarkən əlindəki xidməti silahla davranma qaydasını kobud şəkildə pozduğu üçün atəş açılıb və hərbçi yoldaşına dəyib. Nəticədə onunla birgə xidmətdə olan əsgər, 19 yaşlı Xaqani Zakir oğlu Allahverdiyev aldığı güllə yarasından keçinib.
17 may. Naxçıvandakı N saylı hərbi hissədə xidmət edən kiçik çavuş, 19 yaşlı Əliyev Elvin Əkbər oğlu əsgər yoldaşı, 19 yaşlı Abdullayev Tofiq Madar oğlunu qətlə yetirib. Elvin Əliyev sonra intihar edib.
20 may. Ağdamın Baş Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən Ermənistan ordusunun açdığı atəş nəticəsində MN-in hərbi qulluqçusu Məmmədov Rəhman Eldar oğlu aldığı güllə yaralarından həlak olub.
22 may. Ermənistan ordusunun cəbhənin Tərtər rayonu istiqamətində atəşkəsi pozması nəticəsində MN-in əsgəri Fərid Vidadi oğlu Fərəcov həlak olub.
23 may. 19 yaşlı əsgər Taleh Salahov Goranboyda hərbi xidmət keçdiyi N saylı hərbi hissədə dünən ürəyindən aldığı güllə yarasından dünyasını dəyişib. Əsgərin ölümünün dəqiq səbəbləri açıqlanmayıb.
24 may. Goranboyda yerləşən N saylı hərbi hissənin əsgəri, bir həftəlik məzuniyyətə gəlmiş 18 yaşlı Qəhrəman Ömürmalı oğlu Cavadov Sumqayıtda yol qəzasında ölüb.
16 iyun. Tovuz rayonunda yerləşən N saylı hərbi hissədə əsgər Mərdan Bəşirov SVD silahından (snayper) açdığı atəşlə əsgər Vüsal Əlizadəni qətlə yetirib. Hadisənin münaqişə zəminində baş verdiyi bildirilir.
16 iyun. Ağstafa rayonunda yerləşən N saylı hərbi hissədə kiçik çavuş Kənan Muradov dövlət nişanı olmayan motosikletlə gedərkən Ağstafa-Sadıxlı yolunda idarəetməni itirərək aşırıb. Hərbçi hadisə yerində həlak olub.
19 iyun. MN-in Naftalan şəhərində yerləşən N saylı hərbi hissəsinin taqım komandiri baş leytenant Anar Malik oğlu Məhərrəmov yaşadığı evdə (Şəki) özünü asaraq intihar edib.
25 iyun. Pirallahı adası ərazisində “Mersedes” markalı avtomobilin qəzaya uğraması nəticəsində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin leytenantı, 1986-cı il təvəllüdlü Məmmədov Famil Saday oğlu ağır bədən xəsarəti alıb, 3 saylı Sabunçu klinik xəstəxanasına aparılarkən yolda ölüb.
27 iyun. Ağcabədi rayonu ərazisində yerləşən N saylı hərbi hissədə əsgər yoldaşlarının ehtiyatsızlığı nəticəsində əsgər, 1988-ci il təvəllüdlü Şirxan Akif oğlu İsgəndərov baş nahiyəsindən aldığı güllə yarasından yerindəcə həlak olub.
3 iyul. Yardımlı rayonunun Arvana kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından gələn silahlı şəxslər sərhədi pozub. Sərhəd naryadına qarşı silah tətbiq edilib. Nəticədə sərhəd naryadının başçısı leytenant Quliyev Rüfət Firudin oğlu ağır güllə yarası alıb, zastavaya təxliyə edilən zaman yolda vəfat edib.
8 iyul. Müdafiə Nazirliyinin əsgəri Əlirza Azayevi hərbi hissədə elektrik cərəyanı vurub və o, dünyasını dəyişib.
18 iyul. İsmayıllı rayonunda baş vermiş avtomobil qəzası nəticəsində N saylı hərbi hissənin zabiti, 1978-ci il təvəllüdlü Babayev Sadiq Müsavər oğlu dünyasını dəyişib.
20 iyul. Daxili Qoşunların hospitalının ruhi-əsəb xəstəlikləri şöbəsinin həkimi, 30 yaşlı leytenant Lalə Rəhimova yaşadığı evdə (Binəqədi rayonu, Naxçıvani küçəsi, ev 5, mənzil 17) intihar məqsədilə dərman qəbul edib. O, Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində dünyasını dəyişib.
21 iyul. Azərbaycan Müdafiə Nazirliyinin Beyləqanda yerləşən N saylı hərbi hissəsində silahlı insident baş verib. Hərbi hissənin əsgəri Cəfərov Arif Şakir oğlu təhlükəsizlik qaydalarını pozduğundan tabeliyindəki silahdan atəş açılıb. Güllə əsgər Yusifov Hikmət Eldar oğluna dəyib və o, hadisə yerində həlak olub.
21 iyul. Azərbaycan ordusunun əsgəri Nizaməddin İbrahimov naməlum səbəbdən dünyasını dəyişib. İlkin məlumatlara görə, hərbçilər arasında içməli su üstündə düşən mübahisə nəticəsində döyülüb və boğulub.
25 iyul. Müdafiə Nazirliyinin Pirəküşkül qəsəbəsində yerləşən hərbi hissələrinin birində əsgər Fərrux Hüseynov Mədət oğlu dünyasını dəyişib. Onun günvurmadan öldüyü deyilib, daha sonra ürək çatışmazlığından öldüyü bildirilib.
25 iyul. Müdafiə Nazirliyinin Lənkərandakı N saylı hərbi hissəsinin əsgəri, 19 yaşlı Tağıyev Murad Sabir oğlunun meyiti Masallı rayonu ərazisində Yanardağ restoranından 1 kilometr aralıdakı meşəlikdən tapılıb.
28 iyul. Müdafiə Nazirliyinin Şəmkir hərbi birləşməsinin Gədəbəy rayonu ərazisindəki N saylı hərbi hissəsinin mayoru, 35 yaşlı İbrahimov Aftandil Ağamalı oğlu idarə etdiyi “VAZ-2106” markalı avtomobillə xidmət yerinə gedərkən yol qəzasına düşüb. Mayor hadisə yerində həlak olub.
28 iyul. Müdafiə Nazirliyinin Şəmkir hərbi birləşməsinin Gədəbəy rayonu ərazisindəki N saylı hərbi hissəsində 1993-cü il təvəllüdlü əsgər Hüseynli Sakit Aslan oğlu xidməti silahı ilə özünü vuraraq intihar edib.
30 iyul. Ermənilərin Ağdam rayonunun işğal altındakı Yusifcanlı kəndi istiqamətində atəşkəsi pozması nəticəsində Azərbaycan ordusunun zabiti, 1988-ci il təvəllüdlü leytenant Elşən Həsənəli oğlu Həsənov həlak olub.
8 avqust. Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasında yerləşən N saylı hərbi hissəsində əsgər, 1990-cı il təvəllüdlü Saməddin Quliyev naməlum şəraitdə dünyasını dəyişib. Onun günvurmadan öldüyü bildirilir.
28 avqust. Silahlı Qüvvələrin əsgəri Orxan Yusifov naməlum səbəblərdən dünyasını dəyişib.
2 sentyabr. Naxçıvan Muxtar Respublikasındakı hərbi hissələrdən birində Beyləqan rayonundan hərbi xidmətə çağırılan əsgər Elçin Babazadə mübahisə zəminində əsgər yoldaşı Tural Əkbərovu güllələyib. Tural Əkbərov aldığı güllə yarasından vəfat edib.
8 sentyabr. Müdafiə Nazirliyinin Şəmkir rayonu ərazisindəki N saylı hərbi hissəsinin əsgəri Bəxtiyar Etibar oğlu İbrahimov xidməti silahı ilə özünü vurub. 1993-cü il təvəllüdlü əsgər ölüb. Müdafiə Nazirliyindən bildiriblər ki, əsgər təhkim olunmuş silahla ehtiyatsız davranma nəticəsində həlak olub.
11 sentyabr. Müdafiə Nazirliyinin Yevlax rayonundakı N saylı hərbi hissəsində xidmət edən 1989-cu il təvəllüdlü Abbasov Pərviz böyrəyində olan problemlə əlaqədar hospitala aparılıb. Hərbi mənbələrin məlumatına görə, daha sonra o, yenidən xəstə halda hərbi hissəyə göndərilib. Nəticədə pnevmoniya xəstəliyi ilə ciyərinə su dolub, zəhərlənmə baş verərək dünyasını dəyişib.
12 sentyabr. Müdafiə nazirliyinin Tərtərdə yerləşən N saylı hərbi hissəsinin əsgəri, 1992-ci il təvəllüdlü Fərəcov Firdovsi Çingiz oğlu Tərtər çayında boğularaq ölüb.
14 sentyabr. Bakı-Şamaxı yolunda baş vermiş avtomobil qəzası nəticəsində piyada - Xüsusi Dövlət Mühafizəsi Xidmətinin əsgəri, 1991-ci il təvəllüdlü Əsgərov Pərvin Namiq oğlu dünyasını dəyişib.
14 sentyabr. Dövlət Sərhəd Xidmətinin kiçik çavuşu Rövşən Təhmasib oğlu Nağıyev Lənkəran Sərhəd Dəstəsinin ərazisində xidməti vəzifəsini yerinə yetirərkən qayadan yıxılıb. Göstərilən tibbi yardımlara baxmayaraq Rövşən Nağıyev Lənkəran Rayon Hərbi Hospitalında vəfat edib.
18 sentyabr. Ağdam rayonunun Qaraqaşlı kəndi istiqamətində N saylı hərbi hissənin əsgəri, 1992-ci il təvəllüdlü Davudov Murad Qurban oğlunun tank əleyhinə mina ilə ehtiyatsız davranması nəticəsində partlayış baş verib. Murad Davudov yerindəcə həlak olub.18 sentyabr. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin zabiti kapitan Süleymanov Fuad Vidadi oğlu Tərtər rayonunda avtomobil qəzasında dünyasını dəyişib.
19 sentyabr. Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasında yerləşən N saylı hərbi hissəsində milli ordunun əsgəri, 1993-cü il təvəllüdlü İxtiyar Füzuli oğlu Mürsəliyev xidməti silahı ilə özünü vurub. Əsgər aldığı güllə yarasından ölüb.
21 sentyabr. Milli ordunun Beyləqan rayonunda yerləşən N saylı hərbi hissəsində 2011-ci ilin aprel ayında Oğuz Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan 18 yaşlı Rəsul İslam oğlu Yusifov təhlükəsizlik qaydalarının pozulması nəticəsində açılan atəşdən həlak olub.
24 sentyabr. Ağdam Rayon Polis Şöbəsindən verilən məlumata görə, 1982-ci ildə Ağdərə rayonunda anadan olmuş, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq hərbi qulluqçusu Həsənov Seymur Rəfail oğlu ölüb. Məlumata görə, o, Ağdam rayonunda, Dördyol adlanan ərazidə qayınatası Əyyubov Yavər Rza oğlunun evində dünyasını dəyişib.
29 sentyabr. Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, Mingəçevirdəki hərbi hissədə qulluq keçən, 1992-ci il doğumlu Novruzov Eldar Qərib oğlu bədəninin çürüməsi xəstəliyindən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalından Gülhanə hospitalına aparılarkən yolda keçinib.
5 oktyabr. Ermənilərin cəbhənin Tərtər və Tovuz istiqamətində atəşkəsi pozması nəticəsində Azərbaycan ordusunun 2 əsgəri - 20 yaşlı Novruz Əliyev və müddətdən artıq xidmət edən hərbi qulluqçu, 22 yaşlı Süleyman Əsgərov həlak olublar.
5 oktyabr. DSX-nın Qazax rayonunda yerləşən N saylı hərbi hissələrin birində 2011-ci ilin yanvar ayında 1992-ci il təvəllüdlü Kazımov Şamil İsmayıl oğlu özünü asaraq intihar edib.
6 oktyabr. Naxçıvanın Kəngərli rayonunun Qıvraq qəsəbəsində qəsəbə sakini, 1989-cu il təvəllüdlü Mədət Murad oğlu Vəliyev ailə münaqişəsi zəminində özünü asıb. Mədət Vəliyev Müdafiə Nazirliyinin Naxçıvanda yerləşən N saylı hərbi hissəsinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu olub.
11 oktyabr. 1993-cü il təvəllüdlü əsgər Anar Rəcəbov qan xəstəliyindən Gəncədəki hərbi hospitalda dünyasını dəyişib.
11 oktyabr. Erməni hərbiçilərin Ağdamın Əhmədağalı kəndi istiqamətindəki Azərbaycan mövqelərini snayperlə atəşə tutması nəticəsində əsgər Mardaliyev Mahmud Musəddin oğlu həlak olub.
11 oktyabr. Müdafiə Nazirliyinin Naxçıvanın Babək rayonundakı hərbi hissələrindən birinə məxsus hərbi avtomobil dağdan aşıb. 1992-ci il təvəllüdlü əsgər Ağamirzə Mirzəyev həlak olub. O, Hacıqabul rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.
13 oktyabr. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində əsgər Orxan Səməd oğlu Səmədli hərbi hissədə təmir işləri apararkən ehtiyatsızlıqdan yıxılıb. Ağır vəziyyətdə hospitala yerləşdirilən əsgər orada dünyasını dəyişib.
16 oktyabr. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində 2011-ci ilin aprel ayında Hacıqabul rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 1993-cü il təvəllüdlü Cavid Nizami oğlu Əhmədli ehtiyatsız nəticəsində “ZİL” markalı yük maşınını hərəkətə gətirib. Nəticədə maşın dərəyə yuvarlanıb. Cavid Əhmədli aldığı xəsarətlərdən dünyasını dəyişib.
27 oktyabr. Müdafiə Nazirliyinin Sumqayıtda yerləşən N saylı hərbi hissəsində milli ordunun əsgəri, 19 yaşlı Cavid Elşən oğlu Əliyev növbətçi yük maşınının təkərinə hava dolduran zaman təkər partlayıb. Partlayış nəticəsində təkərin çarxının bir hissəsi əsgərin başına dəyib. Əsgər başından aldığı xəsarətdən dünyasını dəyişib.
28 oktyabr. Müdafiə Nazirliyinin Ağdam rayonunda yerləşən N saylı hərbi hissəsində əsgər, 19 yaşlı Taleh Teymur oğlu Hüseynbalazadə elektrik cərəyanı vurması nəticəsində ölüb.
31 oktyabr. Müdafiə Nazirliyinin Gəncədə yerləşən N saylı hərbi hissəsində 18 yaşlı Ruslan Şəhriyar oğlu Kərimov xəstəlikdən dünyasını dəyişib.
31 oktyabr. Müdafiə Nazirliyinin Ağcabədi rayonunda yerləşən N saylı hərbi hissəsində əsgər, 18 yaşlı Röyal Rüstəm oğlu Ağayev pnevmoniya xəstəliyindən dünyasını dəyişib.
1 noyabr. Müdafiə Nazirliyinin Bərdədə yerləşən N saylı hərbi hissəsində əsgər, 1993-cü il təvəllüdlü Azər Akif oğlu Abbaszadə xəstəlikdən dünyasını dəyişib. Əsgər kəskin krupoz pnevmoniya və daxili orqanlara qansızmadan vəfat edib.
2 noyabr. Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında Ermənistan Silahlı Qüvvələrinin açdığı atəş nəticəsində leytenant, 1986-cı il təvəllüdlü Əliyev Emin Elmar oğlu şəhid olub.
26 noyabr. Cəbhənin Tərtər istiqamətində ermənilərin açdığı atəşlə Azərbaycan ordusunun əsgəri, 19 yaşlı Elmar Səməd oğlu Həbibzadə şəhid olub.