Nazir ilanı yalın əllə tutdu - Video

nazir-ilani-yalin-elle-tutdu
Oxunma sayı: 1328

ABŞ səhiyyə naziri Robert F. Kennedi diqqətçəkən hadisə ilə gündəmə gəlib.

“Qafqazinfo” xəbər verir ki, nazir televiziya siması və həkim Mehmet Özün evinə səfəri zamanı terrasda görünən ilanları yalın əlləri ilə tutub.

Ətrafdakıların təəccübünə səbəb olan hadisə zamanı Kennedi sakit davranaraq ilanları nəzarət altına alıb.

Nazir həmin anların görüntülərini sosial media hesabında paylaşıb. Video qısa müddətdə böyük maraq doğurub.

Vəhşi təbiətə marağı ilə tanınan Kennedinin paylaşımı sosial şəbəkələrdə minlərlə baxış və şərh toplayıb.