İŞİD-in 2 komandiri öldürüldü

isid-in-2-komandiri-olduruldu
Oxunma sayı: 943

Koalisiya qüvvələrinin Məyadin qəsəbəsinin Aşara kəndinə təşkil etdiyi hava hücumunda İŞİD terror təşkilatının 2 yüksək rütbəli komandiri öldürülüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, öldürülən terrorçular İŞİD-in silahlar üzrə məsul şəxsi Əbu Ənəs əl-Şami və pilotsuz uçan aparatlardan (PUA) məsul şəxsi Cüneyd Rəhman olduğu açıqlanıb.

Koalisiya qüvvələrinin bölgədə əməliyyatı davam edir. Əsas hədəflərin yüksək rütbəli komandirlər olduğu bildirilib.