34 yaşlı Aygünün küçədə qətlinin - Təfərrüatı

34-yasli-aygunun-kucede-qetlinin
Oxunma sayı: 3975

Bu gün Zaqatalada 34 yaşlı Aygün Həşimovanın küçədə qətlə yetirilməsinin bəzi təfərrüatları üzə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, hadisəni törədən 32 yaşlı Əli Səfərov saxlanıldıqdan sonra hadisəni qısqanclıq zəminində törətdiyini bildirib.

İlkin araşdırmalar zamanı məlum olub ki, A.Həşimova və Ə.Səfərov əvvəllər rəsmi şəkildə evli olsalar da, sonradan boşanıblar. Lakin bir müddət əvvəl onlar barışaraq yenidən birgə yaşamağa başlayıblar.

Ə.Səfərov keçmiş həyat yoldaşından Zaqatalada işlədiyi kafedəki fəaliyyətini dayandırmasını istəyib. Lakin Aygün Əlinin işdən çıxmaqla bağlı tələbini yerinə yetirməyib. Bu gün A.Həşimova işə gedərkən keçmiş həyat yoldaşı ona yaxınlaşaraq küçədə bıçaqlayıb. Çoxsaylı xəsarətlər alan qadın hadisə yerində vəfat edib.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.