46 yaşlı kişi güllələnərək öldürüldü - Keçmiş qayınatası tutuldu

46-yasli-kisi-gullelenerek-olduruldu
Oxunma sayı: 1113

Gecə saatlarında Salyan rayonu ərazisində qətl törədilib.

“Qafqazinfo” xəbər verir ki, 1980-ci il təvəllüdlü Famil Lətifov yaşadığı evin həyətində ov tüfəngi ilə qətlə yetirilib.

Cinayəti törətməkdə şübhəli bilinən mərhumun keçmiş qayınatası 1966-cı il təvəllüdlü Natiq Sadıqov polis tərəfindən saxlanılıb.

Onun hadisə vaxtı sərxoş vəziyyətdə olduğu və keçmiş kürəkəninin yaşadığı evə gedərək atəş açdığı bildirilir.