ABŞ Çin mallarına rüsumları 145%-ə qaldırdı

abs-cin-mallarina-rusumlari-145-e-qaldirdi
Oxunma sayı: 1945

ABŞ Çin mallarına rüsumları artırıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda CNBC məlumat yayıb.

Bildirilib ki, ABŞ Çin mallarına rüsumları 145%-ə qaldırıb.

Qeyd edək ki, D. Tramp ötən gün Çindən gələn mallara rüsumları 125 faizə qaldırdığını, bir sıra ölkələrə qarşılıqlı əsasda tətbiq edilən əlavə idxal rüsumlarını isə 90 gün müddətə dayandırdığını açıqlamışdı.