ABŞ Çin mallarına tarifləri 125%-ə qaldırdı

abs-cin-mallarina-tarifleri-125-e-qaldirdi
Oxunma sayı: 2284

ABŞ Çindən gələn mallara rüsumları 125 faizə qaldıracaq.

“Qafqazinfo” xəbər verir ki, bu qərarı ABŞ Prezidenti Donald Tramp “Truth” hesabında yazıb.

“Çinin qlobal bazarlara hörmətsizliyini nəzərə alaraq, ABŞ-nin Çinə tətbiq etdiyi tarifləri dərhal  125 faizə qaldırıram”.

Xatırladaq ki, Ağ Ev Çindən idxal olunan məhsullara 104 faizlik tarif tətbiq edildiyini və aprelin 9-dan əlavə vergilərin toplanacağını bildirmişdi.

Bunun ardınca rəsmi Pekinin cavabı gecikməmişdi. Belə ki, Çinin Maliyyə Nazirliyi cavab olaraq ABŞ-dən idxal edilən məhsullara görə gömrük rüsumunu 34 faizdən 84 faizə qaldırdığını açıqlamışdı.