Ailəsi ondan imtina etdiyi üçün qumbara partlatdı - Bakıda

ailesi-ondan-imtina-etdiyi-ucun-qumbara-partlatdi
Oxunma sayı: 7162

Sabunçu rayonu Pirşağı qəsəbəsində vətəndaş üzərində olan qumbaranı partladıb.

Bu barədə DİN Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib. Məlumata görə, bu gün səhər saatlarında 1983-cü il təvəllüdlü Ağdam rayon sakini İntizam Nəcəfov ailəsi ondan imtina etdiyi üçün üzərində olan qumbaranı yaşayış ünvanında partladaraq həyat yoldaşı ilə görüş tələb edib.

Polis əməkdaşlarının çevik müdaxiləsi və görülən tədbirlərlə həmin şəxs zərərsizləşdirilərək digər qumbaranın partladılması zamanı ərazidə təhlükəsizlik tədbirləri təmin edilib. Hadisə nəticəsində xəsarət alan yoxdur.

Həmin şəxs saxlanılıb. Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, qısqanclıq zəminində baş verən hadisəni törədən İ.Nəcəfov 12 il əvvəl həyat yoldaşından boşanıb. Onların birgə nikahdan 3 övladı var.