“Əl Nəsr”in kapitanı Kriştiano Ronaldo karyerasının bu mərhələsində fiziki vəziyyətini qorumaq üçün komandanın oyunlarında iştirakını məhdudlaşdırmaq qərarına gəlib.
“Qafqazinfo” xəbər verir ki, 41 yaşlı hücumçu baş məşqçi Xorxe Jesusla görüşərək, Asiya Çempionlar Liqasının həlledici mərhələlərinə qədər bu turnirin oyunlarında mümkün qədər az iştirak etmək istədiyini bildirib.
Ronaldonun bu addımı atmaqda əsas məqsədi həddindən artıq fiziki yüklənmədən qaçmaq, enerjisini Səudiyyə Pro Liqasındakı çempionluq yarışı və karyerasının son böyük turniri olacaq 2026-cı il Dünya Kubokuna saxlamaqdır. Artıq bu rotasiyanın nəticəsi olaraq Ronaldo fevralın 18-də Türkmənistanın “Arkadag” komandasına qarşı keçirilən Çempionlar Liqasının 1/8 final cavab oyununda (1:0) iştirak etməyib.
Qeyd edək ki, cari mövsüm “Əl Nəsr”in heyətində çıxdığı 23 oyunda 19 qol vuran portuqaliyalı ulduz Səudiyyə Ərəbistanı çempionatının bombardirlər yarışında ikinci pillədə qərarlaşıb.
Son xəbərlər
Son Xəbərlər