Avtomobil dirəyə çırpıldı, hərbçi yaralandı - Foto

avtomobil-direye-cirpildi-herbci-yaralandi
Oxunma sayı: 2493

Ağdamda ağır yol qəzası baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə ötən gün rayonun işğaldan azad olunmuş Uzundərə adlanan ərazisində olub.

Yüksək sürətlə hərəkətdə olan “VAZ 2106” markalı avtomobil idarəetmədən çıxaraq işıqlandırma dirəyinə çırpılıb. Sürücü müxtəlif xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Onun hərbçi olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı