Böyükşor-Pirşağı yeni avtomobil yolunun 1,3-cü km-lik hissəsində hərəkət müvəqqəti olaraq məhdudlaşdırılacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, məhdudlaşdırılma yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədardır: “Hərəkətin məhdudlaşdırılması 10 may səhər saat 09:00-dan başlayaraq bir neçə saat ərzində qüvvədə olacaq. Sürücülərin alternativ yol ilə hərəkəti təmin olunacaq”.

Son xəbərlər
Son Xəbərlər