“Qarabağ” ÇL-də 2-ci təsnifata yüksəldi!

qarabag-cl-de-2-ci-tesnifata-yukseldi
Oxunma sayı: 11422

“Qarabağ”ın ötən il olduğu kimi bu il də UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindən başlayacağı rəsmiləşib.

“Qafqazinfo”nun məlumatına görə, PSJ-nin “Arsenal”ı Çempionlar Liqasında məğlub edərək finala yüksəlməsi ilə “Slovan Bratislava” və “Qarabağ” klubları turnirdə 1-ci təsnifatdan 2-ci təsnifata yüksəlib.

Bu nəticələrdən sonra Yunanıstanın “Olimpiakos” klubu da 2-ci təsnifatdan birbaşa Liqa mərhələsində çıxıb.