Aygün Əliyeva intihara cəhd etdi - Yenilənib

aygun-eliyeva-intihara-cehd-etdi
Oxunma sayı: 15417

“Azərtac”ın keçmiş müxbiri Aygün Əliyeva intihara cəhd edib.

“Qafqazinfo” xəbər verir ki, o, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. 

A.Əliyevanın həyat yoldaşı, tanınmış jurnalist Teymur Əliyev “Qafqazinfo”ya açıqlamasında həyat yoldaşını huşsuz vəziyyətdə xəstəxanaya çatdırdığını deyib: “Bu gün səhər işdən evə gələndə həyat yoldaşımın huşsuz vəziyyətdə qaldığını gördüm, yanında dərman qabları var idi. Nə qədər çalışsam da, onu oyada bilmədim, təcili tibbi yardım maşını ilə xəstəxanaya gətirmişik. Mənə hələ ki, heç nə deməyiblər, həkimin çıxıb məlumat verməsini gözləyirik”.

Həmçinin oxuyun: “AzerGold” и Министерство горнодобывающей промышленности и геологии Узбекистана подписали меморандум

Qeyd edək ki, A.Əliyevanın başqa imza ilə Operativ Qərargahı tənqid edən yazı yazmasından sonra o, “Azərtac”dakı işindən kənarlaşdırılıb. Məsələyə görə məhkəməyə müraciət edilib. A.Əliyeva işinə bərpa edilməsini tələb edib.

Həmçinin Milli Məclisdə bu hadisə müzakirə edilib.

A.Əliyevanın keçmiş iş yeri ilə yaranmış problemlərlə əlaqədar həyatına qəsd etdiyi bildirilib. Belə ki, bir neçə gün əvvəl, o, yaranmış vəziyyətlə əlaqədar həyatına qəsd edəcəyini elan etmişdi.

***

TƏBİB-dən "Qafqazinfo"nun sorğusuna cavab olaraq ibildirilib ki, 1982-ci il təvəllüdlü vətəndaş 27.02.2023-cü il tarixində saat 11:45 radələrində dərman zəhərlənməsi diaqnozu ilə TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. İlkin tibbi yardım göstərilib, hazırda müalicəsi davam etdirilir.