Tanınmış jurnalist İlkin Fikrətoğlu rumıniyalı əfsanəvi mütəxəssis Mirça Luçeskunun ölümü ilə bağlı süjet hazırlayıb.
“Qafqazinfo” Sportinfo.az-a istinadən xəbər verir ki, süjetdə 80 yaşında dünyadan köçən məşqçinin həyat yolundan bəhs edilib.
Onun karyerasına nəzər salınıb, əldə etdiyi uğurlar diqqətə çatdırılıb.
İ.Fikrətoğlu süjetini bu sözlərlə bitirib: “Əgər sənin heç vaxt olmadığın uzaq Azərbaycanda belə yüzlərlə insan yoxluğuna üzülürsə, demək ki, arzuladığın xoşbəxt ölümlə getdin bu dünyadan”.
Son xəbərlər
Son Xəbərlər