Siyəzən şəhəri yaxınlığında iki azyaşlı “Taxtakörpü-Ceyranbatan” su kanalına düşüb.
“Qafqazinfo” “Azərtac”a istinadən xəbər verir ki, hadisə uşaqlar kanalın kənarında oynayan zaman qeydə alınıb.
Onlardan Ömər Vüsal oğlu Zeynallı sudan çıxarılaraq xəstəxanaya yerləşdirilib. Hüseyn Ceyhun oğlu Allahverdiyevin isə axtarışları davam etdirilir.
Axtarış-xilasetmə tədbirlərinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunublar.
***
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, “Taxtakörpü-Ceyranbatan” su kanalının Siyəzən rayonunun ərazisindən keçən hissəsində 1 nəfər suda batıb.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri axtarışlara cəlb olunub.
Axtarışlar nəticəsində 2013-cü il təvəllüdlü Siyəzən rayon sakini Allahverdiyev Hüseyn Ceyhun oğlunun cəsədi batdığı yerdən 10 km aralı FHN-in xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Son xəbərlər
Son Xəbərlər