“Azərbaycanın zəngin mədəni irsi İslam dünyasına tanıdılacaq”

azerbaycanin-zengin-medeni-irsi-islam-dunyasina-tanidilacaq
Oxunma sayı: 168

Azərbaycan həm İslam öncəsi, həm də İslam dövründə mühüm mədəniyyət mərkəzi olub və burada yetişmiş alimlər, şairlər, filosoflar və ədəbiyyatçılar İslam dünyasında tanınır. 

“Qafqazinfo” xəbər verir ki, bunu “İƏT Yaradıcı Həftə 2025” çərçivəsində çıxış edən İRSİKA (İslam Mehmet Taşlı Teşkilatı Mədəniyyət-Sənət-Tarix Araşdırma Mərkəzi) Baş Direktoru Prof. Dr. Mahmud Erol Kılıç deyib. 

O, Azərbaycanın işğaldan azad edilmiş bölgələrində mədəni və tarixi abidələrin bərpası üçün aparılan işləri və İRSİKA-nın bu sahədə göstərdiyi dəstəyi qeyd edib.  

“İşğaldan azad olunmuş bölgələrdə mədəni və tarixi abidələrin, o cümlədən evlərin, camilərin və kabirlərin bərpası istiqamətində aparılan işlər təqdirəlayiqdir. Bu tədbir Azərbaycan mədəniyyətinin dünyaya və xüsusilə İslam dünyasına tanıdılması üçün çox önəmli bir fürsətdir”, - deyə o əlavə edib.

Lamiyə Məmmədova