“Bakcell” mobil operatoruna məxsus nömrələrdə internetlə bağlı problemlər yaşanır.
“Bakcell”dən “Qafqazinfo”ya bildirilib ki, buna səbəb şəbəkədə aparılan texniki təkmilləşdirmə işləri olub.
“Bu gün “Bakcell” şəbəkəsində aparılan texniki təkmilləşdirmə işləri ilə bağlı bəzi abunəçilərə müəyyən xidmətlərin təqdim olunmasında 11 dəqiqəlik fasilə müşahidə olunub. Görülən zəruri tədbirlər nəticəsində məsələ qısa zamanda həll edilib. Göstərdikləri anlayışa görə abunəçilərimizə təşəkkür edirik”, - şirkətin məlumatında qeyd olunub.
Son xəbərlər
Son Xəbərlər