Bayden yenidən koronavirusa yoluxdu

bayden-yeniden-koronavirusa-yoluxdu
Oxunma sayı: 3074

ABŞ Prezidenti Co Bayden yenidən koronavirusa yoluxub.

“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə onun həkimi Kevin O'Konnor bildirib.

O, sözlərinə əlavə edib ki, prezident hazırda özünü yaxşı hiss edir.

Qeyd edək ki, Bayden iyulun 14-də koronavirusa yoluxmuşdu. Lakin çərşənbə günü onun koronavirus testinin nəticəsi mənfi çıxmışdı.