“Bernabeu”da “Real Madrid”ə qarşı oynamaq yaxşı olardı” - Video

bernabeuda-real-madride-qarsi-oynamaq-yaxsi-olardi
Oxunma sayı: 419

“Çox gözəl hisslər var. Son dəqiqə qolunda həmişə gözəl hisslər olur. Düzdür, ondan əvvəl olan qollar da var. Uşaqlar əziyyət çəkdilər”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Sabah”ın həlledici qolunun müəllifi Tellur Mütəllimov deyib.

O, komandaya dəstək olan azarkeşlərə də təşəkkür edib: “Gələcək oyunlarda da onları gözləyirik. İnşallah, başqa qələbələr də gələcək”.

Futbolçu qısa müddətdə tarix yazdıqlarını dilə gətirib: “Tarix ardınca tarix yazırıq. Komandamız 2017-ci ildə yaradılıb. Qısa tarixdə belə uğurlar möhtəşəmdir”.

“Sabah”ın futbolçusu Umarali Raxmonaliyev bildirib ki, çox vacib oyunda qələbə qazanıblar: “Bizim uğurumuz bütün azərbaycan xalqını birləşdirdi. Bu qədər azarkeş bizi dəstəkləmək üçün buraya gəldi. Duyğularımı sözlə ifadə edə bilmirəm”.

O, vurduğu qoldan da danışıb: “Bir sıra fürsətlər olsa da, qol vura bilmədim. Futbolçular da, məşqçi də dedi ki, bu gün qol vurmalısan. Şükür ki, belə də oldu, qol vurdum”.

“Raxmonaliyev qeyd edib ki, əsas mərhələdə zəif komanda olmur: “Ancaq “Bernabeu”da “Real Madrid”ə qarşı oynasaq, yaxşı olardı”.