“Biz Fernandu Santuşa narazılığımızı bildirdik” - Rövşən Nəcəf

biz-fernandu-santusa-naraziligimizi-bildirdik
Oxunma sayı: 2013

“Təəssüf ki, milli komandamız uğursuz nəticələrlə yadda qaldı. Biz bundan razı deyilik”.

“Qafqazinfo” xəbər verir ki, bunu AFFA prezidenti Rövşən Nəcəf deyib.

Qurum rəhbəri AFFA-nın Hesabat Konfransında yığmamızın uğursuz nəticələrindən danışıb: “Biz baş məşqçi Fernandu Santuşla müzakirələrimizdə narazılığımızı ona bildirdik. Bizim hədəfimiz odur ki, yığmamız qarşıdakı yoldaşlıq və rəsmi matçlarda uğurlu nəticə və məzmunlu oyun göstərsin. Həmçinin AÇ-2028-in seçmə mərhələsində uğurlu çıxış hədəfi dəyişilməz olaraq qalır”.

Elsevər Məmmədov