Macarıstanla Ukrayna arasında diplomatik qalmaqal

macaristanla-ukrayna-arasinda-diplomatik-qalmaqal
Oxunma sayı: 2317

Ukrayna və Macarıstan arasında diplomatik qalmaqal yaşanır.

“Qafqazinfo” bu barədə xarici mətbuata istinadən xəbər verir.

“Ukraynanın Budapeştdəki səfirliyində diplomatik pərdə altında işləyən iki casusu Macarıstandan çıxartdıq”, - deyə Macarıstanın xarici işlər naziri Peter Siyarto feysbuk hesabındakı videomüraciətində bildirib.

Buna cavab olaraq da Ukrayna iki macar diplomatı ölkədən qovur.

“Onlar 48 saat ərzində ölkəmizi tərk etməlidirlər”, - Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bəyan edib.

Bundan əlavə, Ukrayna XİN Macarıstan səfirini çağırıb və ona nota təqdim edib.