Bir-birilərini təbrik etdilər

bir-birilerini-tebrik-etdiler
Oxunma sayı: 2116

Rusiya Prezidenti Vladimir Putin və Amerika lideri Donald Tramp Qələbə Günü münasibətilə köməkçiləri vasitəsilə bir-birini təbrik ediblər.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib.

“Rusiya Prezidenti və Prezident Tramp öz köməkçiləri vasitəsilə ümumi bayramımız münasibətilə bir-birini təbrik ediblər”, - Uşakov bildirib.