Paris Apellyasiya Məhkəməsi Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronun kişi olmasını iddia edən fransız jurnalist və bloqer Nataşa Rey barəsində hökm çıxarıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalistin vəkili Fransua Danqlean “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Nataşa Rey Bricit Tronye-Makron və Jan-Mişel Tronye tərəfindən ona qarşı irəli sürülmüş böhtan iddiası üzrə məhkəmə prosesini qəti şəkildə qazandı”, - paylaşımda deyilir.
Xatırladaq ki, 2021-ci ildə Nataşa Rey “YouTube” platformasında yayımlanan bir videoda həyat yoldaşından 24 yaş böyük olan Bricit Makronun cinsini dəyişdirdiyini iddia edib. O, Bricit Makronun kişi cinsində doğulduğunu və əsl adının Jan-Mişel Tronye olduğunu iddia edib. 2024-cü ilin sentyabrında Paris məhkəməsi Nataşa Rey, onun çıxış etdiyi “YouTube” kanalının sahibi Delfin Jequssin 13,5 min avro məbləğində cərimə edilməsi barədə qərar çıxarıb. 2025-ci ilin iyulunda isə Paris Apellyasiya Məhkəməsi Reyə qarşı irəli sürülmüş böhtan iddiası üzrə bəraət hökmü çıxarıb. Məhkəmə bloqerin şərhlərinin əksəriyyətinin böhtanın hüquqi tərifinə uyğun gəlmədiyini hesab edib. Bundan sonra Bricit Makronun vəkili həmin qərardan kassasiya şikayəti verib.
Son xəbərlər
Son Xəbərlər