Makronun xanımı ilə bağlı bu xəbəri yayanlara hökm oxundu

makronun-xanimi-ile-bagli-bu-xeberi-yayanlara-hokm-oxundu
Oxunma sayı: 3085

Paris məhkəməsi Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronun kişi olmasını iddia edən iki qadın barəsində hökm çıxarıb.

“Qafqazinfo” “BFMTV” telekanalına istinadən xəbər verir ki, Nataşa Rey və Delfin Jequss adlı qadınlar 13,5 min avro məbləğində cərimə ediliblər.

Məlumata görə, həmin şəxslər barəsində araşdırma iyun ayında baş tutub. İstintaq məlumatlarına görə, Nataşa Rey Fransanın birinci xanımı barəsində böhtan xarakterli materiallar hazırlayıb, Jequss isə onları yayıb. 

Xatırladaq ki, 2021-ci ildə Fransa mediasında və sosial şəbəkələrdə Bricit Makronun cinsini dəyişdirdiyi barədə xəbərlər yayılıb. Sözügedən məlumatlarda Bricit Makronun əsl adının Jan-Mişel Tronye olduğu iddia edilib. B.Makron bunu təkzib edərək həmin ittihamları yayanları məhkəməyə verməyi planlaşdırdığını bildirmişdi.