Xalq artisti Flora Kərimova gözlərində uğursuz əməliyyat edildiyini deyib.
“Qafqazinfo” xəbər verir ki, sənətkar “İlkin xəbər” verilişinə müsahibəsində eynək taxmaqdan şikayətlənib:
“Bu mənim üçün türmədir. Millətim bilir ki, mən gözlərimlə oxuyuram. Sözümün, mahnımın ifadəsi gözlərimdən də oxunur. Gözlər bağlıdır, kilidlidir, həbsdədir. Faktiki, bu adam məni şikəst edib”.
F.Kərimova kök-hüceyrə əməliyyatı etdirdiyini, amma uğursuz alındığını söyləyib.
Süjetdə bildirilib ki, əməliyyatı kök-hüceyrə uzmanı, plastik-cərrah Sevinc Heydərova edib.
Qeyd edək ki, F. Kərimova ilə S. Heydərova arasında qalmaqal ötən ilin əvvəlindən davam edir.