Çinin Kiyevdəki səfiri Ma Şenqkun Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna XİN teleqramda məlumat paylaşıb.
Məlumata görə, Ma Şenqkunun Ukrayna XİN-ə çağırılmasına səbəb Çin vətəndaşlarının Rusiya tərəfində hərbi əməliyyatlarda iştirak etməsi ilə bağlı iddialardır.
“Çin tərəfi təsdiqləyici məlumat aldı. Biz konstruktiv cavab gözləyirik”, - Ukrayna Xarici İşlər Nazirliyi qeyd edib.