Mahaçqalada naməlum iki şəxs polis avtomobilinə atəş açıb.
“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, ilkin məlumata əsasən, hadisə nəticəsində 3 polis əməkdaşı həlak olub.
Hadisəni törədən şəxslər isə xidməti avtomobillə qaçıblar.
Hazırda təqsirləndirilən şəxslərin axtarışları davam etdirilir.
***
Dağıstan rəhbəri Sergey Melikov bildirib ki, ilkin məlumata görə, Daxili İşlər Naziliyinin əməkdaşları maşını saxlamağa cəhd ediblər.
Melikov əlavə edib ki, sürücü bu əmrə tabe olmayaraq polislərə atəş açıb.
Son xəbərlər
Son Xəbərlər