AFFA “Traktor”u təbrik etdi - Foto

affa-traktoru-tebrik-etdi
Oxunma sayı: 1846

AFFA tarixində ilk dəfə İran Pro-liqasının qalibi olan Təbrizin “Traktor” klubunu çempionluq münasibətilə təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə assosiasiyanın sosial şəbəkə hesablarında paylaşım edilib.

Həmçinin “Traktor” klubu da Assosiasiyanın bu təbrikini cavabsız qoymayıb. Klub sosial şəbəkə hesabında paylaşım edərək təşəkkkürlərini çatdırıb.

Qeyd edək ki, daha öncə Azərbaycan Premyer Liqasının klubları da təbrizliləri çempionluq münasibətilə təbrik etmişdi.