Dubay metrosunun “Qızıl xətt”inin tikintisinə başlanılır

dubay-metrosunun-qizil-xettinin-tikintisine-baslanilir
Oxunma sayı: 328

Dubay əmirliyinin hökmdarı Şeyx Məhəmməd bin Rəşid Əl Maktum Dubay metrosunun “Qızıl xətt”inin tikintisini elan edib.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə sosial şəbəkədə yazıb.

Yeni “Qızıl xətt” 42 kilometr uzanacaq, yerin altında 40 metrə qədər dərinliyə çatacaq və əmirliyin 15 strateji bölgəsindən keçəcək. Layihənin dəyəri 9,25 milyard dollar qiymətləndirilir.

“Yeni xətt şəhərin 15 əsas strateji bölgəsindən keçəcək, təxminən 1,5 milyon sakinə xidmət göstərəcək və 55 əsas daşınmaz əmlak sahəsinə əlçatanlığı yaxşılaşdıracaq”, - o qeyd edib.

Bu xətt Dubay metro şəbəkəsinin uzunluğunu 25% artıracaq. İşlərin 2032-ci il sentyabrın 9-dək başa çatdırılması planlaşdırılır.