Ərdoğan Azərbaycanla bağlı bu sənədi təsdiqlədi

erdogan-azerbaycanla-bagli-bu-senedi-tesdiqledi
Oxunma sayı: 2414

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nə dəyişiklik haqqında Protokol”u təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat “Resmi Gazete”də yayımlanıb. 

Qeyd edək ki, sözügedən protokol ötən il aprelin 29-da Samsun şəhərində imzalanıb. Sənəd Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyənin həmin dövrdə ticarət naziri olan Mehmet Muş tərəfindən imzalanıb. Prezident İlham Əliyev 2023-cü ilin iyul ayında bu sənədi təsdiqləyib.