Britaniya yazıçısı E. L. James-in yataq səhnələri ilə dolu bu romanı əsasında çəkilən film də erotikdir.
“Qafqazinfo” oxuzali.az-a istinadən xəbər verir ki, filmin treyleri bu günlərdə yayılıb. Hətta Amerikada da etiraz doğurub.
Pornoqrafiyaya qarşı mübarizə aparan “Morality in Media” (Mediada əxlaq) qrupu filmin yaradıcı heyətini mekodramatik sevgi pərdəsi altında seksual zorakılığı adi bir şey kimi təqdim etməkdə, əslində təbliğ etməkdə günahlandırıb.
Təşkilat bu trilogiyadan ilk kitabın 2011-ci ildə nəşr edilməsindən sonra da narahatlığını bildirmişdi.
“Bozun əlli çaları”nda milyonçu Christian Grey-lə kollec məzunu Anatasia Steele arasında intim münasibətdən bəhs edilir. Oğlan zorakı seks hərisidir, qızsa bunu müticəsinə qəbul edir.
Təşkilat bildirir ki, filmə baxmaq üçün növbəyə duran qadınlar çətin ki, şallaq, zəncir və işgəncələrdən, kişinin qadını alçaltmasından nəsə xeyirli, ilhamverici bir şey əxz edə.
Film gələn il fevralın 13-də ekranlara çıxacaq. Yəni Valentin günü münasibətilə.
Son xəbərlər
Son Xəbərlər