FHN şərti yanğın təlimi keçirdi - Fotolar+Video

fhn-serti-yangin-telimi-kecirdi
Oxunma sayı: 1171

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətləri Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 25T ünvanında yerləşən “Elnet” MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasında təlim keçirib.

“Qafqazinfo” xəbər verir ki, təlim “şərti yanğın” həyəcan siqnalı ilə yanğın texnikalarının yaşayış binasına, həmçinin su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə keçirilib.

Təlim zamanı şəxsi nəqliyyat vasitələrinin nizamsız park edilməsi və süni maneə səbəbindən yanğın avtomobillərinin yaşayış binasına və su hovuzuna sərbəst şəkildə yaxınlaşa bilmədiyi müəyyən olunub.

Qeyd olunan nöqsanların aradan qaldırılması barədə yaşayış binasının yanğın təhlükəsizliyinə məsul şəxslərinə şifahi və yazılı tapşırıqlar verilib.