“Sabah İstanbula getməyə hazıram”

sabah-istanbula-getmeye-haziram
Oxunma sayı: 2536

ABŞ Prezidenti Donald Tramp mayın 16-da İstanbula səfər etməyə hazır olduğunu bildirib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Tramp bu barədə Dohada ABŞ və Qətər iş adamları ilə görüşündə danışıb.

Onun sözlərinə görə, əgər buna zərurət olarsa, sabah İstanbulda Ukrayna ilə bağlı danışıqlarda iştirak edə bilər. 

Xatırladaq ki, bundan əvvəl, “Reuters” agentliyi Trampın Rusiya-Ukrayna danışıqlarında iştirak etmək üçün Türkiyəyə getməyəcəyini yazıb. Bildirilib ki, bu qərar Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə danışıqlarda iştirak edəcək Rusiya nümayəndə heyətinin tərkibini təsdiqləməsindən sonra verilib.