Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.
“Qafqazinfo” xəbər verir ki, həbsdə olan Vahid Kazımova göndərilmiş banderola baxış keçirilən zamanı diş məcununun içərisində xüsusi üsulla gizlədilmiş 8 ədəd bükülü aşkarlanıb.
Aşkarlanan maddənin ümumi çəkisi 0,352 qram olan metadon olması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Qurumdan bildirilib ki, cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi cinayət məsuliyyəti yaradır.