Fransa səfiri Rusiya XİN-ə çağırıldı

fransa-sefiri-rusiya-xin-e-cagirildi
Oxunma sayı: 1840

Fransanın Rusiyadakı səfiri Pyer Levi həmin ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Fransa səfiri Xarkovda aralarında bir neçə fransızın da olduğu muzdlu döyüşçülər üçün müvəqqəti yerləşdirmə məntəqəsinin Rusiya Silahlı Qüvvələri tərəfindən məhv edilməsi ilə əlaqədar olaraq Xarici İşlər Nazirliyinə çağırılıb”, - o deyib.