Gəlinin üzərinə “kislota” tökən qayınata ilə bağlı araşdırma başladı - Yenilənib + Video

gelinin-uzerine-kislota-token-qayinata-ile-bagli-arasdirma-basladi
Oxunma sayı: 6933

Azərbaycanda qayınata gəlininin üzünə “yandırıcı məhlul” tökərək ona ağır xəsarətlər yetirib.

“Qafqazinfo” xəbər verir ki, hadisə barədə ARB telekanalında yayımlanan “Elgizlə izlə” verilişində məlumat verilib. Qeyd edilib ki, bir neçə ay əvvəl Telnaz adlı qadın üzünün, qollarının, bədəninin böyük hissəsinin kimyəvi məhlul tökülməsi səbəbindən ağır vəziyyətə düşüb.

Xəbəri rus dilində oxuyun: В “Qafqazinfo” обсудили “Редакционную политику” - Фото

Qızın atası Məhəmməd adlı şəxs övladının bir il yarım əvvəl ailə qurduğunu deyib: “Lakin sonradan qayınatası qızımı yola vermədi. Gəlib qızımdan pul istəyirdi, deyirmiş ki, oğlumun pullarını mənə ver. Bundan sonra da qızın üzünə “kislota” töküb yandırıb”.

O əlavə edib ki, hadisədən sonra kürəkəni qızı ilə maraqlanmayıb və başqası ilə ailə həyatı qurub.

Qeyd edək ki, Telnaz aldığı xəsarətlər səbəbindən hərəkət qabiliyyətini itirib və yeriyə bilmir.

***

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, məsələ nəzarətə götürülüb: "Hadisədən məlumatlıyıq. Hazırda araşdırma aparılır”.

Qadın sözügedən verilişdə efirə xərəkdə çıxarılıb. Həmin görüntüləri təqdim edirik: