Gəncədə axtarışda olan şəxs polisə silahlı müqavimət göstərdi

gencede-axtarisda-olan-sexs-polise-silahli-muqavimet-gosterdi
Oxunma sayı: 4478

Axtarışda olan, əvvəllər dəfələrlə məhkum olunmuş 30 yaşlı Fərid Məmmədov Gəncə şəhərində saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərərək qaçmağa cəhd edib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, polis əməkdaşları tərəfindən xidməti tabel silahı tətbiq etməklə cəhdin qarşısı alınıb.

Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.