Göyçayda yasda evin eyvanı uçdu - 8 qadın yaralandı - Yenilənib

goycayda-yasda-evin-eyvani-ucdu
Oxunma sayı: 2999

Göyçayda yas mərasimində evin eyvanı uçub.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə Vahidov Fərahim İsrafil oğluna məxsus evdə qeydə alınıb.

Yas mərasimində iştirak edən qadınların oturduğu evin 2-ci mərtəbəsinin eyvan uçub. 

Nəticədə, 1978-ci il təvəllüdlü Həşimova Mətanət Ağakərim qızı, 1969-cu il təvəllüdlü Vahidova Kəmalə Həşim qızı, Göyçay rayonu, Qarayazı kənd sakinləri 1966-cı il təvəllüdlü Cabbarova Saxanım Suru qızı, 1966-cı il təvəllüdlü Məmmədova Nazilə Məzahir qızı və 1963-cü il təvəllüdlü Əliyeva Susaxan Suru qızı həmin eyvandan yıxılaraq müxtəlif bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

***

TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, aprelin 7-si saat 13:00 radələrində Göyçay rayonunun Qarayazı kəndində yas mərasimi zamanı eyvanın aşması nəticəsində xəsarət alan 8 nəfər Göyçay Rayon Mərkəzi Xəstəxanasının təcili yardım bölməsinə hospitalizasiya olunub.

Onlardan 1960, 1962, 1963, 1966, 1969, 1973 və 1976-cı il təvəllüdlü 7 nəfər (qadın cinsli) şəxsə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Digər 1973-cü il təvəllüdlü qadın isə çoxsaylı sınıqlar və onurğa zədəsi diaqnozu ilə ixtisaslaşmış tibb müəssisəsinə hospitalizasiya olunub.